Xəbərlər
USM paket
Ultrasonoqrafiya (USM ) yüksək tezlikli səs dalğalarından istifadə etməklə insan vücudundakı daxili orqanlarının görüntülənməsi deməkdir. USM-də rentgen və bəzi zərərli şüalardan istifadə edilmir. USM daha çox qaraciyər, öd kisəsi, mədəaltı vəzi, dalaq, böyrəklər, sidik kisəsi, prostat, uşaqlıq və yumurtalıqlar kimi iç orqanlarının görüntülənməsi üçün istifadə edilir.
Bununla birlikdə ultrasəs bədənin digər orqanlarının – beyin, göz, tireoid, süd vəziləri, xayalar, timus kimi orqanların müayinəsi üçün istifadə edilir. Ultrasəs müayinəsinə gələn pasientlərin əksəriyyətinin şikayəti qarın bölgəsindəndir. Qaraciyər və dalaq kimi orqanların böyüməsi, öd kisəsi və böyrək daşları, appendisit, yumurtalıq kistaları və qarın içi şişləri ultrasəs ilə dəqiqləşdirilən xəstəliklərdəndir
Sərfəli USM Paketlərimizdən faydalana bilərsiniz.
Bizimlə əlaqə üçün:
Telefon: (+994) 12 563 00 24, 563 00 25
Mob: (+994) 55 979 01 00