Xəbərlər

Mioma nədir?

Mioma nədir?

Miomalar uşaqlığın əzələ toxumasından qaynaqlanan xoşxassəli şişlərdir. Reproduktiv dövrdə olan qadınlarda 20-40% müşahidə edilir. Hormona həssas kütlələr olub, reproduktiv dövr ərzində yavaş-yavaş böyüyə bilir, klimaksdan sonra qadınlıq hormonlarının azalması ilə birlikdə kiçilməyə başlayırlar.

 

Miomaların 50%-i müayinə zamanı təsadüfən ortaya çıxır və heç bir şikayətləri olmur. Şikayət olunan miomaların səbəb olduğu əlamətlər isə miomanın uşaqlıq daxilindəki yer və ölçüsündən asılıdır. Uşaqlıq daxilindəki menstruasiya olan təbəqəyə yaxın olanlar, menstruasiya qanaxmasının çox olmasına, sancılı menstruasiyalara və qansızlığa səbəb ola bilər. Uşaqlığın xarici hissəsinə yaxın olanlar isə ətraf orqanlara göstərdikləri təzyiq səbəbi ilə diureya baş verir, qəbzlik, şişmə və qasıq nahiyələrində olan ağrılar kimi şikayətləri olur. Hamilə qalmaq istəyən qadınlarda miomalar olduqları yer və ölçüsünə görə hamiləlik şansını azalda bilər, uşaq salma və erkən doğuşa səbəb ola bilər.

 

Bizimlə əlaqə üçün:

Telefon: (+994) 12 563 00 24, 563 00 25

Mob: (+994) 55 979 01 00