Xəbərlər

Zob xəstəliyi nədir?

Yod insan orqanizmi üçün üçün vacib elementdir. Yod çatışmazlığı olan insanlarda zob əmələ gəlir. Zob xəstəliyinin əsas səbəbi də orqanizmdə yod çatışmazlığı nəticəsində qalxanvari vəzin böyüməsi və ya fəaliyyətinin pozulmasıdır. Belə ki, qalxanvari vəzin funksiyası pozulduqda o ya normadan çox işləyir, ya da az. Bu isə özünü müxtəlif əlamətlərlə biruzə verir.

  • əllərin əsməsi.
  • bərəlmiş gözlər;
  • quru və isti dəri;
  • daima aclıq fonunda çəkinin azalması;
  • uzun müddət davam edən hərarət (37,5 – 38 oC dək);
  • qıcıqlanma, əsəbilik, əhvalın dəyişkənliyi, yuxusuzluq, diqqət və hafizənin zəifləməsi;
  • kişilərdə - potensiyanın zəifləməsi (cinsi zəiflik), qadınlarda – çox vaxt aybaşı olmaması;
  • nəbzin surətlənməsi və güclənməsi, aritmiya (ürək ritmi pozulması), ürək nahyəsində ağrı, təngnəfəslik;

 

Bizimlə əlaqə üçün:

Mob: (+994) 55 979 01 00

Telefon: (+994) 12 563 00 24, 563 00 25