Xəbərlər

Endokrinoloq - Dr. Yeganə Şəfizadə

Endokrinoloq - Dr. Yeganə Şəfizadə

Zəhərli zobun yaranma səbəbləri

Toksik zob (zəhərli zob) immun sistemində yaranmış defekt nəticəsində yaranır. Bu tip xəstəliklər autoimmun xəstəliklər adlanır. Bu xəstəlik zamanı yaranmış anticisimciklər qalxanvari vəzi toxumasını daim qıcıqlandraraq onun ölçülərinin böyüməsinə, vəzin funksiyasının artmasına və qana həddindən artıq hormon ifrazına səbəb olur.

Hormonların artıq ifrazı maddələr mübadiləsini surətləndirir, maddələr mübadiləsini həddindən artıq surətləndirir, orqanizmin müxtəlif orqan və toxumaların həyat fəaliyyəti üçün vacib olan enerji ehtiyatını tükəndirir. Bu zaman ən çox zədələnən sinir sistemi və ürək-damar sistemidir.

Zəhərli zobun simptomları

Daha çox yayılmış əlamətlərinə əsəbilik, qıcıqlanma, kəskin arıqlama, əllərdə və bütün bədəndə əsmə ( tremor), gözlərdə bərəlmə, ürək çırpınması, təngnəfəslik, boğulma, temperaturun bir qədər artmasını misal göstərmək olar.

Ürək çırpınması 1 dəqiqədə 120-130 vurğuya çata bilir. Xəstəlik vaxtında müalicə olunmadıqda, ürək-damar sistemi tərəfindən geri dönməz dəyişikliklər baş verir. Toksik zobu olan pasientlər digərlərindən istahanın kəskin artmasına baxmayaraq, kəskin arıqlama (10-15 kq), ümumi zəiflik və tərləmənin artması ilə seçilirlər. İstilik tənziminin pozulması nəticəsində pasientlərə həddindən artıq isti olur, hətta ətraf mühitin ən aşağı temperaturu belə olduqda üşümə hiss etmirlər.

Mədə-bağırsaq tərəfindən ürəkbulanma, qusma, idarə olunmayan ishal pasientlərin geniş yayılmış şikayətlərindəndir. Artıq hormonun təsirindən sümüklərdən kalsium yuyulmağa başlayır və nəticədə osteopeniya yaranır.

Qadınlarda aybaşı pozğunluqları, kişilərdə cinsi pozğunluqlar da bu xəstəliyin əsas əlamətlərindəndir.

 

Bizimlə əlaqə üçün:

Mob: (+994) 55 979 01 00

Telefon: (+994) 12 563 00 24, 563 00 25