Xəbərlər

Endometrioz nədir?

Endometrioz – normada yalnız uşaqlığın selikli qişasında olan toxumanın bu orqanın digər qişalarında və uşaqlıqdan kənar digər orqanlarda rast gəlməsi ilə xarakterizə olunan patologiyadır. Belə anormal yerləşən endometrium ətraf toxumalara sirayət edərək onları dağıdır.

Endometroid hüceyrələr qan və limfa damarları ilə bütün orqanizmə yayılaraq istənilən orqana düşə bilər, məsələn, qarnın ön divarının dərialtı piy qatına, postoperasion çapığa, gözün selikli qişasına, göbəyə. Endometrioz öz xarakterinə görə şiş sayılmır, çünki bu xəstəlik zamanı hüceyrələrin struktur dəyişikliyi olmur. Həmçinin onun əlamətləri menstrual sikllə sıx bağlıdır.

Bu xəstəlik adətən 20-40 yaş arası cavan qadınlarda rast gəlinir. Endometrioz sonsuzluğu olan qadınların 40%-ində rast gəlinir. Bu xəstəliyin əhali arasında həqiqi yayılma tezliyini təyin etmək çətindir, çünki, patologiya hətta yeniyetmə dövründə inkişaf edə bilər və uzun müddət özünü heç nə ilə büruzə verməyə bilər.

 

Bizimlə əlaqə üçün:

Mob: (+994) 55 979 01 00
Telefon: (+994) 12 563 00 24, 563 00 25