Xəbərlər
Bel yırtığı nədir? Necə təyin olunur?
Bel yırtığı (fəqərə arası disk yırtığı) beldəki fəqərələr arasinda yerləşən və bir növ amortizator kimi funksiyanı yerinə yetirən diskin degenerativ dəyişikliyi sonrası meydana gəlir. Fəqərə arası disk elastikliyə malik quruluşuyla onurğanın dayanıqlılığına, hərəkətliliyinə və yüklənmələrə qarşı davamlı olmasına, onurğaya təsir edən zərbə şəklindəki qüvvələrin dəf edilməsinə və qüvvətin ətraf toxumalara bərabər bir şəkildə ötürülməsinə xidmət edir.Disklərin iç qismində pulpoz nüvə adlandırılan jeleyə bənzər yumuşaq bir sahə, bunun ətrafında daha sərt bir fibroz həlqə, fəqərələrə baxan səthlərdə isə hər iki tərəfdə hailin lövhələr adlandırılan qığırdaq toxuması vardır. Xaricdəki təbəqənin anatomik tamlığının pozulması nəticəsində içəridəki yumuşaq toxumanın xaricə doğru axmasına yırtıq deyilirşMüasir diaqnostik metodlardan olan Maqnit Rezonans Tomoqrafiya (MRT) üsulu bel fəqərə arasi disk yirtıqlarının təyin edilməsində mühüm əhəmiyyətə malikdir.MRT vasitəsiylə onurğa beyni, sinir kokcükləri, fəqərələr, fəqərə arası disklər haqqında ətraflı informasiya almaq mümkündür
Bizimlə əlaqə üçün:
Mob: (+994) 55 979 01 00
Telefon: (+994) 12 563 00 24, 563 00 25