Xəbərlər

Uroloq cərrah - Dr. Avtandil Namazov

Varikosel - xayalardakı qanı boşaldan damarların müxtəlif səbəblərlə hədsiz genişlənməsi nəticəsində qanın geri axmasıdır. Nəticədə xayalarda qan dövranının pozulması skrotal temperaturun artması və toksik maddələrin artması səbəbindən spermatogenezin pozulmasına (spermanın sayının, hərəkətliliyinin və morfologiyasının) və sonsuzluğa səbəb olur. Bəzən varikosele olan xaya və xaya ətrafı nahiyədə ağrı olur.

Varikosel daha çox sol tərəfdəki xayada görülür. Sol tərəfdəki damarın sağdakından 10 cm daha uzun olması, solda daha sıx görülməsinin səbəblərindən biri ola bilər. Nadirən sadəcə sağ tərəfdə vəya hər iki tərəfdə də görülə bilər (%10-15). Xayaların üst hissəsində-yanda, skrotumun içində qıvrımlar şəklində şişlik hiss edilə bilər.

Varikosele xayada istilik artışı başda olmaq üzrə bir çox problem yarada bilər.Tədqiqatlar bunu göstərir ki sonsuzluq şikayəti ilə müraciət edən kişilərin %35-40-da varikosel müşahidə edilmişdir.

 

Bizimlə əlaqə üçün:

Mob: (+994) 55 979 01 00
Telefon: (+994) 12 563 00 24, 563 00 25