Xəbərlər

Kompyuter tomoqrafiyası (KT)

Kompyuter tomoqrafiyası (KT) – müasir şüa diaqnostikasının ən informativ metodlarından hesab olunur. Kompyuter tomoqrafiyası bədənin istənilən hissəsinin köndələn kəsiklərlə təsvirini almağa imkan verir.
Multislays spiral kompyuter tomoqrafiyası bir neçə dəqiqə ərzində baş beyin, döş qəfəsi, abdominal orqanlar, ətraflar və s. orqanların kəsiklərlə struktur quruluşu haqqında ətraflı və dəqiq informasiya verir. Müayinənin davametmə müddəti 1 dəqiqəni aşmır. Multislays kompyuter tomoqrafiya metodu əsasında kompyuter angioqrafiya, 3D rekonstruksiya və virtual endoskopiya yaradılmışdır.
Multislays spiral kompyuter tomoqrafiyasının üstünlükləri
Müayinənin yüksək sürəti digər sadə spiral tomoqraflara nisbətən rentgen şüalanmasını 5 dəfəyə qədər azaldır.
Müayinənin davametmə müddətinin çox az olması (təxminən 1 dəqiqə) pasiyentlərin hərəkəti zamanı meydana çıxan artefaktların qarşısını alır. Narkoz və sedasiyalara ehtiyac olmur.
3 ölçü rekonstruksiyalı təsvirlər bir çox xəstəliklərin diaqnostikasında yeni imkanlar açır. Buna əsasən virtual endoskopik müayinələr – kolonskopiya, bronxoskopiya, damarların 3 ölçülü rekonstruksiyalı kontrast angioqrafiyası və s.
Müayinənin nəticələrini rentgen plyonkası, rəngli fotoşəkillər və ya CD diskdə elektron formasında əldə etmək olar.