Xəbərlər

Sizində dəri problemləriniz var?

Sizində dəri problemləriniz var?elə isə dəyərli həkimlərimizə müraciət edə bilərsiniz.

Dəri xəstəliklərinin yaranma səbəbləri nələrdir?

-Dəridə əmələ gələn hər bir səpgi dəri xəstəliklərinə işarətdir. Ümumiyyətlə, bu xəstəliklərə dermotoz adı verilir. Dəri xəstəliklərini bir neçə hissəyə ayırmaq olur. Fiziki səbəblərdirsə bu, dermatitlər, ekzema, allergiya, ya da irritativ dediyimiz qıcıqlanmaya bağlı xəstəliklər ola bilər. Mikroorqanizmlərin səbəb olduğu xəstəliklər piadermia qrupuna aiddir. Genetik səbəblərin yaratdığı xəstəliklər, otoimmun xəstəlikləri bunlar hamısı dəridə əmələ gələn xəstəliklərdir.

Bəzi insanlar dəri xəstəliklərinə meyilli olur. Bu meyillilik genetik olaraq keçir. Məsələn, vitiliqo, pullu dəmirov, atapiya bunlar otoimmun xəstəliklərdir və genetik olaraq keçir. Yəni ailənin bir neçə üzvündə eyni anda görülə bilər. Elə xəstəliklər də var ki, yaşla əlaqəli, fiziki dəyişikliklər səbəbindən meydana çıxır. Məsələn, yeniyetmə yaşında sızanaqlar, saçtökülmələr, dəridə yağlanma. Bunlar hormonal dəyişikliklərlə əlaqədardır. Yəni bədənimizdə müşahidə olunan hormonların dəyişməsi ilə orataya çıxan xəstəliklərdir. Estasional dermatozlar dediyimiz xəstəliklər sırf hamiləlik dönəmində ortaya çıxan xəstəliklərdir. Qadın övladını dünyaya gətirdikdən sonra bu xəstəlik də yox olur. Bəzi dəri xəstəliklərinə isə artıq çəki, tərləmə, sürtünmə, geyimdə düzgün materiallardan istifadə olunmaması, çox dar, elastik, hava keçirməyən parçalardan istifadə olunması da səbəb ola bilər.

Bizimlə əlaqə üçün:

Mob: (+994) 55 979 01 00
Telefon: (+994) 12 563 00 24, 563 00 25