Xəbərlər
Covid-19 virusunun aşkarlanma üsulları hansılardır?
COVID-19-un diaqnostikasında bir sıra testlər istifadə olunur. Bu testlər SARS-CoV-2 virusunun mövcudluğu və ya keçmiş mövcudluğunu qiymətləndirmək üçün nümunələrin təhlilini əhatə edir. Bunlar seroloji və PZR testləri olmaqla ikiyə ayrılır. PZR test zamanı nazofarengial sürüntüdən (burun-udlaqdan yaxma) alınan materiala baxılır. Seroloji test isə qanda igG (immunoglobulin G) aşkarlanması üzərinə qurulub. Aparılan PZR testləri hazırkı xəstəliyi göstərdiyi halda, qanda immunoglobulin təyini isə daha çox artıq keçirilmiş olan infeksiyasını göstərir.
Bizimlə əlaqə üçün:
Mob: (+994) 55 979 01 00
Telefon: (+994) 12 563 00 24, 563 00 25