Xəbərlər
Prof. Səfər Həmidov 9-10 APREL tarixinədək Avrasiya Klinikasında
Dünyanın 20 ən güclü androloqu siyahısında yer alan, Rusiya Dövlət Tibb Universitetinin professoru, müasir urologiya və andrologiyaya aid çoxsaylı dərsliklərin müəllifi, professor Səfər Həmidov 9-10 APREL tarixinədək Avrasiya klinikasında kişi sonsuzluğundan əziyyət çəkən xəstələrin qəbulunu keçirəcək.
Dünyanın müxtəlif ölkələrində, o cümlədən Rusiya və digər MDB dövlətlərində minlərlə xəstəyə şəfa verən professor kişi sonsuzluğunu doğuran səbəbləri tamamilə aradan qaldıraraq, ata olmaq istəyən gənclərə bu xoşbəxtliyi bəxş edəcək.
Eyni zamanda dünya şöhrətli androloq erektil disfunksiya, hipoqonadizm, prostat vəzinin terapevtik və cərrahi xəstəlikləri, xarici cinsiyyət orqanının anomaliyaları, hipospadiya, kriptorxizm, sidik axarı, xarici cinsiyyət orqan ilə bağlı problemlərlərin müayinə və müalicəsini həyata keçirəcək.
Qəbulda iştirak etmək istəyənlərdən öncədən yazılmaları xahiş olunur.
Bizimlə əlaqə üçün:
Mob: (+994) 55 979 01 00
Telefon: (+994) 12 563 00 24, 563 00 25