Xəbərlər
Böyrək daşı xəstəliklərinin əlamətləri
Böyrək daşı xəstəliyinin əlamətləri:
- Bel nahiyəsində olan ağrılar. Bel nahiyəsində (sağ və solda olmaqla bir və ya ikitərəfli) olan küt, üzücü ağrı fiziki gərginlik və ya sadəcə olaraq, bədən vəziyyətinin dəyişməsi zamanı daha da artır. Bu, sidik xaric edən orqanlarda daş olmasının ən xarakterik əlamətlərindən biridir. Daş böyrəkdən sidik axarına keçdikdə ağrı qarının aşağı hissəsində, qasıq nahiyəsində, cinsiyyət orqanlarında hiss olunur, bəzən isə ağrı ayağa da yayıla bilər. Güclü ağrı tutmasından (sancısından) sonra daşlar sidik ilə birlikdə xaric ola bilərlər.
- Böyrək sancısı. Bu zaman bel nahiyəsində həddən artıq ağrı tutması baş verir. Azalaraq və yenidən başlayaraq ağrı tutması bir neçə gün ərzində davam edə bilər. Daş yerini dəyişdikdə və ya sidik axarından sidik kisəsinə düşdükdə ağrı kəsilir.
- Sidik ifrazının tezləşməsi və ağrılı olması. Belə ağrılar – daşların sidik axarında və ya sidik kisəsində olmasına dəlalət edir. Bəzi hallarda sidik kisəsi boşalmasa da sidik ifrazı birdən kəsilə bilər. Bu “tıxanma” sindromu kimi adlandırılır və bədənin vəziyyətini azca dəyişən kimi, sidik ifrazı davam edir.
- Sidikdə qanın olması. Sidikdə qanın olması güclü böyrək sancısından və ya ağır fiziki gərginlikdən sonra baş verə bilər.
- Sidiyin bulanması.
- Arterial təzyiqin yüksəlməsi.
- Bədən temperaturunun 38-40°C-yədək yüksəlməsi .
Bizimlə əlaqə üçün:
Mob: (+994) 55 979 01 00
Telefon: (+994) 12 563 00 24, 563 00 25