Xəbərlər

Qastroskopiya nədir?

Qastroskopiya – qida borusu və mədənin elastik fibroezofaqoqastroskop vasitəsilə müayinə üsuludur. Bu müayinə metodundan disfagiya, mədə-bağırsaq traktının yuxarı şöbələrindən qanaxma, qida borusunun və ya mədənin xora xəstəliyi zamanı, eləcə də polip və şişə şübhə yarandıqda istifadə olunur. Qastroskopiya qırtlağın yerli anesteziyası və ya medikamentoz yuxu altında yerinə yetirilir. Müayinə əsnasında turşuluq və helikobakter pilorinin təyini, sitoloji, histokimyəvi analizlər üçün material götürülür. Ehtiyac yarandıqda polip və strikturalar kəsilir.

Qastroskopiya optik kamerası olan elastik borunun köməyilə aparılır. Bu isə minimal zədələnmə riski ilə mədə-bağırsaq traktının yuxarı hissəsini daxildən qiymətləndirməyə imkan verir.

Bizimlə əlaqə üçün:

Mob: (+994) 55 979 01 00
Telefon: (+994) 12 563 00 24, 12 563 00 25