Xəbərlər

Vaginizm nədir?

Vaginizm (vajinismus) - cinsi əlaqə qorxusu olub qadınlarn özlərindən asılı olmayaraq əzələlərin (ayaq, çanaq dibi və s.) eləcə də bütün bədənin ani şəkildə kəskin yığılması və sıxılması nəticəsində cinsi əlaqənin mümkün olmamasıdır. Vaginizm, qızların beyinlərində yaratmış olduqları qorxulardan ( qanama, şiddətli ağrı və s.) dolayı formalaşdırdıqları yalnış düşüncələrə inandıqları problemdir! Bu zaman qızlar cinsi əlaqəyə girməkdən imtina edərək şiddətli ağrıların olacağını və ya beynində formalaşdırdığı qorxunu səbəb kimi izah etməyə çalışırlar.

Belə qadınlar ailəli olsalar da illərlə bakirə olaraq qalırlar. Bir müddət özlərinə vaxt verirlər ki, bəlkə müəyyən müddətdən sonra onlar bir-birlərinə öyrəşərlər və bu problem öz-özünə həll olar. Hətda bilmirlər ki bu əlamətlər vaginizmin (vajinismus) əlamətləridir. İlləri illərə calayaraq həyatlarını vajinismusun verdiyi fəsadlara qurban verirlər.
Klinikamızın dəyərli həkimlərindən Ginekoloq Dr. Tace Semedova bu problemin tam həll edilməsində sizə köməklik göstərə bilər.

Bizimlə əlaqə üçün:
Mob: (+994) 55 979 01 00
Telefon: (+994) 12 563 00 24, 12 563 00 25