Xəbərlər
Qulaq ağrısı səbəbləri
Qulaq ağrısı orta qulağın infeksiyası xəstəliyidir. Xəstəlik əksər hallarda yuxarı tənəffüs yollarının infeksiyaları - soyuqdəymə və qripdən sonra törənir. Respirator allergiyalar da burun boşluğunda uzun müddət durğunluq yaratmaqla qulaq ağrısına səbəb ola bilir.
İnsan qulağı anatomik cəhətdən bir neçə şöbəyə bölünür və hər bir şöbənin özünəməxsus funksiyaları və xəstəlikləri var. Qulaq üç hissədən ibarətdir: xarici, orta və daxili qulaq. Bizim "qulaq" adlandırdığımız əslində xarici qulaqdır. Ümumilikdə, qulağın müəyyən şöbəsinin iltihabi prosesi otit adlanır.
Xarici qulaq əsasən dəri ilə örtüldüyündən, dəriyə xas olan iltihabi proseslərə (sızanaq, furunkul və s.) burada da rast gəlmək mümkündür. Xarici qulağın məhdud iltihabı və ya furukoloz xroniki irinli otitin nəticəsidir - bu zaman müxtəlif bakteriyalar (pnevmokok, stafilokok, hemofil çöpləri) göbələk infeksiyaları xarici qulaqda dəriyə və dərialtı təbəqəyə keçir. Qulağa birbaşa aid olan xəstəliklərsə daxili və orta otitlərdir. Daxili otitlərə (labirintit) az rast gəlinsə də, çox təhlükəli xəstəlikdir. Xəstəlik əsasən sərbəst əmələ gəlmir, daha çox orta otitin və ümumi infeksion xəstəliklərin ağırlaşması hesab olunur. Çox zaman bir və ya hər iki qulaqdan ifrazatın olması və ağrı məhz orta otitlə bağlı olur.
Bizimlə əlaqə üçün:
Mob: (+994) 55 979 01 00
Telefon: (+994) 12 563 00 24, 12 563 00 25