Xəbərlər
Varikosel nədir?
Varikoselin əlaməti nədir? Varikosele zamanı ağrı ola bilərmi?
Hətta bəzən varikosele olan insanlar ağrı zamanı xayanı şalvarın cibindən əlləri ilə nisbətən yuxarıda saxlamağa çalışırlar ki, ağrı azalsın, yaxud çıxış yolunu sıx alt paltar geyinməkdə görürlər. Bu isə öz növbəsində varikoselenin daha uzun müddət gizlədilməsinə, fəsadlarının isə daha dərinləşməsinə gətirib çıxardır. Belə gecikmiş ( III,IV cü dərəcə) varikosele zamanı adətən xayanın ölçüləri kiçilir, konsistensiyası yumşalır, toxumyaratma ( spematozoidlərin əmələ gəlməsi) funksiyası zəifləyir. I, II dərəcədə isə xayanın xarici görünüşündə, həcmində dəyişiklik yaranmır.
Sadalalan əlamətlərlə yanaşı agır fiziki işdən sonra varikosele olan tərəfdə xayalığın daha çox sallanması, digər tərəfə nisbətən böyük görünməsi, həmçinin müvafiq tərəfin dərisində qaşınma, dəridə genişlənmiş damarların proyeksiyasında gözlə görülə bilən, əllə hiss olunan damar təsviri müəyyən oluna bilər. Məlumatlı insan üçün bu əlamətlər kifayət qədər asan aşkarlana bilər və həkimə vaxtında müraciət eliyərsə gələcəkdə özünü və ailəsini sonsuzluq adlanan həm tibbi həm də sosial ağır bir problemdən qismən də olsa sığortalamış olar.
Bizimlə əlaqə üçün:
Mob: (+994) 55 979 01 00
Telefon: (+994) 12 563 00 24, 12 563 00 25