Xəbərlər

Septoplastika

Septoplastika

Burun tənəffüsünün pozulmasının böyük əksəriyyəti burun içərisindəki burun çəpərinin əyriliyi ilə əlaqədər olur. Burun tənəffüsünün pozulması zamanı məcburi olaraq ağız tənəffüsünə keçilir. Ağız tənəffüsü zamanı mənimsənilən oksigen burun tənəffüsünə nisbətən 10 dəfə az olduğu elmi tədqiqalarla sübut olunmuşdur. Bu da nəticədə bədənimizin bütün hüceyrələrində tədricən oksigen azlığına gətirib çıxarmaqla orqanizmə çox zərər verir. Burnumuzdan rahat nəfəs ala bilmədikdə xüsusilə gecələri ağzı açıq yatmaq, ağızda quruma, xoruldamaq, yuxudan yorğun oyanma, iş qabliyyətinin azalması, ürəkdə böyümə, əsəbilik, ağciyərlərdə durğunluq və s. kimi orqanizmdə bir çox problemlər yarada bilir. Bütün bu problemlərdən azad olmaq üçün burun tənəffüsünün rahat olması lazımdır. Bu da septoplastika emeliyyatı (burun arakəsməsinin düzəldilməsi) vasitəilə mümkün olur. Septoplastika əməliyyatını həyata keçirərkən əyri hissələr düzəldilərək yerinə - selikli qişaların arasına düzgün şəkildə qoyularaq düz hala gətirilir. Bu zaman ənənəvi metodla edildikdə adətən çəkic-iskənə ilə düzəldilirdi, lakin indi daha müasir alətlər və cihazlardan istifadə edərək arakəsmənin əyri hissələri düzəldilir. Yeni düzəldilmiş burun çəpərini orta xəttə saxlamaq üçün əməliyyatın sonunda tampon deyil, silikon borular qoyulur ki, o da əməliyyatdan 1-2 gün sonra çıxarılır. Bu da əməliyyatdan sonrakı dövrün daha rahat, ağrısız keçməsini təmin edir.

Bizimlə əlaqə üçün:
Mob: (+994) 55 979 01 00
Telefon: (+994) 12 563 00 24, 12 563 00 25