Xəbərlər
Anestezioloq-Reanimatoloq Dr. Nağdəliyev Nicat
Anestezioloq-Reanimatoloq Dr. Nağdəliyev Nicat
Təhsil:
- Azərbaycan Dövlət Tibb Universiteti, 1997-2003 Anestezioloq reanimatoloq.
- İnternatura-Xarkov Tibb Akademiyası, 2005-2007 Anestezioloq-reanimatoloq
- Ordinatura Xarkov Tibb Akademiyası, 2007-2014 Anestezioloq-reanimatoloq
Anesteziologiya – ağrının, hissiyyatın aradan götürülməsi yolları haqqında öyrənən elmdir. Anesteziologiyanın əsas vəzifəsi xəstəni cərrahi müdaxiləyə hazırlamaq, əməliyyatın ağrısız olmasını təmin etmək, həyat əhəmiyyətli orqanların fəaliyyətini tənzimləmək və cərrah üçün əməliyyatın tam həcmdə aparılmasına optimal şərait yaratmaqdan ibarətdir.4 əməliyyatxanası olan Klinikamızda icra olunan bütün əməliyyatlar yüksək səviyyəli anestezioloji xidmət ilə təmin olunur.
Əməliyyatxanalarımız dünya tibb elminin son tələblərinə cavab verən anesteziya cihazları və monitorlarla təchiz olunmuşdur. DRAGER firmasının istehsalı olan FABİUS anesteziya cihazları ilə "high -flow" və " low-low" anesteziyası mümkündür. Bu sistem pasientlərin çəkisinə, döş qəfəsi quruluşuna, ağciyərlərinin funksional vəziyyətinə uyğun tənəffüs parametrləri seçərək müxtəlif rejimlərdə ağciyərlərin süni ventilyasiyası ilə anesteziyanı təmin edir. Bu aparatların yüksək həssaslı "alarm" sistemi hər hansı bir dəyişikliyi anında bildirir və bir sıra ağırlaşmaların qarşısını vaxtında almaq mümkün olur.
Klinikamızda keçirilən əməliyyatlar zamanı pasientin həyatı göstəriciləri müasir və çoxfunksiyalı monitorlar vasitəsi ilə daimi nəzarətdə saxlanılır. Bu monitorlar vasitəsi ilə eyni anda pasientin invaziv və qeyri-invaziv arterial təzyiqi, elektrokardioqramması, hərarəti, nəbzi, qanın oksigenlə təchizatı - SpO2, PCO2 və s. haqqında informasiya almaq mümkündür ki, bu da baş verə biləcək ağırlaşmaların qarşısını almağa, anesteziya riskini azaltmağa kömək edir.
Bizimlə əlaqə üçün:
Mob: (+994) 55 979 01 00
Telefon: (+994) 12 563 00 24, 12 563 00 25