Xəbərlər
Prostat nədir?
Prostat vəzi yalnız kişilərə məxsus orqandır. Buna baxmayaraq həm qadınlar həm də kişilər bu orqan haqqında çox eşidiblər.
Əgər siz kişisinizsə deməli sizin bəxtiniz gətirib və sizin prostat vəziniz var. Bir – iki istisnanı çıxmaq şərtilə prostat vəzi kişi üçün cinsi orqan qədər xarakter bir orqandır. Prostat görünmür, daxildədir. Lakin vəzidə hər hansı problem yarandıqda nəinki xəstə özü, bunu hətta ətrafdakılar hiss edir. Prostat vəzin xəstəlikləri həm sidik ifrazında, həm də cinsi sferada dəyişikliklərlə müşahidə edilir.
Əgər kişidə prostatit varsa gec ya tez cinsi zəiflik yaranacaq. Əgər prostatın adenoması varsa gecələr bir neçə dəfə sidik ifrazına duracaq. Beləliklə kişinin həyat yoldaşı hər iki halı görə və hiss edə bilir. Yəni gecə bir neçə dəfə sidik ifrazına durur, həm də cinsi zəifliyi var. Ona gərə də bir çox kişilərin bizə müraciət etməsinin əsas səbəbkarı həyat yoldaşlarıdır. Belə ki, prostatın xəstəlikləri həm çox geniş yayılıb, həm də müalicəyə çox çətinliklə tabe olur. Başqa bir tərəfdən də insanlar vaxtlı – vaxtında həkim uroloqa müraciət etmirlər. Əsasən gecikmiş, fəsadlaşmış formada müraciət edirlər. Məhz bu səbəblərə görə kifayət qədər məşhur, populyar orqandır.
Bizimlə əlaqə üçün:
Mob: (+994) 55 979 01 00
Telefon: (+994) 12 563 00 24, 12 563 00 25