Xəbərlər
Allergik xəstəliklər
Allergik xəstəliklər arasında daha çox rast gəlinir:
- allergik rinit
- allergik konyuktivit
- bronxial astma
- övrə
- atopik dermatit
Allergik rinit- burunda qaşınma, tez-tez asqırma, burun axması ilə təzahür edir. Burundan, gözdən axan selik tam şəffaf olur. Hətta burun dəsmalında izi belə qalmır.
Allergik konyuktivit - çox vaxt allergik rinitlə bir yerdə olur: bu zaman rinit əlamətlərindən başqa ğözdə qaşınma, sulanma, qızartı müşahidə edilir.
- Atopik dermatit - tez - tez təkrarlanan, xroniki gedişlə müşahidə olunan dərinin iltihabı xəstəliyidir: qızartı, ödem, qaşınma, ekssudasiya və qabıqlanma ilə müşahidə olunur.
- Atopik dermatit - böyüdükcə keçir, amma xəstələrin 50% - də bronxial astma, 75% - də allergik rinit formalaşa bilər.
Bizimlə əlaqə üçün:
Mob: (+994) 55 979 01 00
Telefon: (+994) 12 563 00 24, 12 563 00 25