Xəbərlər
Uşaq Nevrologiyası
Hər bir körpənin daim uşaq nevroloqunun (nevropatoloqunun) nəzarəti altında olması çox vacibdir. Burada əsas məqsəd körpənin sinir-psixiki inkişafının düzgün getməsini nəzarətdə saxlamaq, baş vermiş pozğunluqları vaxtındaaşkar etməkdir. Əgər doğuş vaxtı uşaq hər hansı bir ağır travmaya məruz qalmayıbsa ilk ayda profilaktik məqsədlə həkim nevroloqun müayinəsi aparılmalıdır. Körpənin bir yaşına qədər mütamadi olaraq həkim nevroloqun müayinəsindən keçməsi çox vacib amildir.
- uşaqlar və yeniyetmələrdə epilepsiya
- epileptiform paroksizmlər
- baş ağrıları, somnambulizm
- tiklər, enurez
- sinir sisteminin bətndaxili inkişaf qüsurları, uşaq serebral iflici
- hiperaktivlik, diqqət zəifliyi sindromu.
- Ehtiyac yarandığı hallarda epileptoloq, psixiatr və uşaq psixoloqunun xidmətlərindən də istifadə edilir