Xəbərlər

Ozonoterapiya

Son illərdə gedərək artan elmi işlər sayəsində Ozonun müsbət xüsusiyyətləri ortaya çıxmış və aparılan kliniki araşdırmalar nəticəsində daha çox xəstəliklərdə müvəffəqiyyətlə istifadə edilə bilməsi aydın olmuşdur. Medikal Ozonun ən gözəl xüsusiyyətlərindən biri də düzgün şəkildə tədbiq olunduqda heç bir yan təsirin olmamasıdır. Müasir tibbin ən effektiv köməkçi müalicə metodlarından biri - Ozonoterapiyadır.

Ozonoterapiya daha çox xroniki xəstəliklərin və klassik medikal müalicələr ilə sağalmayan xəstəliklərin müalicəsində tədbiq olunur. Eyni zamanda sağlam insanlarda yaşlanmağı ( anti aging ) gecikdirmək və xəstəliklərin qarşısını almaq üçün istifadə edilir. Avrasiya klinikası müasir tibbin köməkçi müalicə metodu - Ozonoterapiya ilə xidmətinizdədir. 

Ozonoterapiya toxuma və hüceyrələrə ehtiyacı olan oksigeni ən təsirli şəkildə təmin edən və toksinləri yox edə bilən güclü müalicə metodudur. Ozonoterapiya alan insanlar özlərini olduqca yaxşı və enerjili hiss edirlər. Ozon müalicəsinin müsbət nəticələri daha tez ağır xəstəliyi olan insanlarda nəzərə çarpır.