Xəbərlər

Endokrinologiya

Endokrinologiya-daxili sekresiya vəziləri və onlarən funksiyalarnının pozulmaları ilə bağlı yaranan xəstəliklər haqqında elmdir. Bədən daxili sekresiya vəzilərinin fəaliyyəti bir-biri ilə əlaqəlidir və əgər bir endokrin vəzin funksiyası pozularsa, digərləri də zərər çəkir.

Endokrin xəsətliklər bir çox səbəblərdən yarana bilər. Buraya genetik anomaliyalar, orqanizmdə gedən iltihabi proseslər, şiş xəstəlikləri, immun sistemin pozğunluqları, travmalar, qan dövranının pozulması, sinir siteminin müxtəlif şöbələrinin zədələnməsi, toxumaların hormonlara qarşı həssaslığının azalması və s. aid edilə bilər.

Endokrin sistem xəstəliklərinə şəkərli diabet,piylənmə, hipotireoz, hipertireoz, düyünlü zob, hiperparatireoz, akromeqaliya, prolaktinoma, böyrəküstü vəzi çatmamazlığı və s. aiddir.