Xəbərlər
Üzümün faydası
Ən şirin giləmeyvə sayılan bu meyvənin tərkibində təbii şəkər, daha çox isə qlyukoza və fruktoza var.
Üzümün başqa hansı xüsusiyyətlərinə görə xeyirli olduğunu öyrənmək üçün kimyəvi tərkibinə baxdıqda görə bilərik ki, üzüm, bir çox xeyirli maddələr olan - mineral, vitamin və fermentlərlə çox zəngindir.
Üzümün ən əsas xeyri, onun şirəsi sayılır. Bu məhlulun tərkibində çoxlu dəmir və kaliy vardır. Üzüm şirəsinin müalicəvi xüsusiyyəti ürək, damar, qaraciyər və böyrək xəstəliklərində istifadə olunur. O, bədəndə su və zülal balansını qoruyur və maddələr mübadiləsini aktivləşdirir. Sidikqovucu təsiri isə, bədəndən duz və sidik turşularının xaricinə təsir edir.
Bu xeyirli giləmeyvə bir çox ciddi xəstəliklərdə də xeyirli sayılır. Bunlara vərəm xəstəliyi də aid edilir. Onun həmçinin bəlğəmgətirici təsiri də vardır. Məhz bu səbəbdən, üzümün xeyirli xüsusiyyətləri bronxit və larinqit kimi xəstəliklərdə istifadə olunur.