Xəbərlər

EXO-KQ nə üçün istifadə edilir?

EXO-KQ cihazı vasitəsilə ürəyin anatomik quruluşu və qapaq aparatı, ürək əzələsinin vəziyyəti, qanın kameralarda hərəkəti, sistolik və diastolik funksiyalar, perikard boşluğunun vəziyyəti haqqında çox dəqiq məlumatlar əldə etmək mümkündür. 

Klinikada ultrasəs diaqnostikası mərkəzində və qeyri-invaziv kardiologiya mərkəzində aparılan EXO-KQ zamanı məlum olur ki, istər anadangəlmə, istərsə də qazanılmış ürək qüsurları təsadüfi müayinə zamanı aşkara çıxarılır. Bu müayinə üsulundan istifadə 
etməklə xəstəliyin vaxtında aşkar edilməsi ilə yanaşı ağırlaşmaların da qarşısını almaq mümkündür.