Xəbərlər

Prostat vəzinin adenoması

Prostat vəzinin adenoması (prostat vəzinin xoş xassəli hiperplaziyası, PVXH)-bu 40-50 yaşdan yuxarı olan kişilərdə rast gəlinən,prostat vəzində inkişaf edən xoş xassəli şişdir. Prostat adenoması özü -özlüyündə prostat vəzi toxumasının böyüməsi və orada xoş xassəli təsisatların (şişlərin,”düyunlərin “) əmələ gəlməsidir.Belə ki,prostat vəzi sidik ifrazı kanalının da bir hissəsini əhatə edir, böyüməsi zamanı onu da sıxır ki,nəticədə sidik ifrazı da çətinləşir.

Prostat adenomasının səbəbləri:

Prostat adenomasının əsas inkişaf səbəbi - kişinin orqanizimində yaşla əlaqədar olaraq baş verən hormonal dəyişiklikdir . Eyni zamanda , xəstəliyin yaranmasında həyat tərzi də əhəmiyyətlidir –zəif fiziki aktivlik , oturaq iş, siqaret çəkmə və alkoqol qəbulu, kiçik çanaqda durğunluq proseslərini provaksiya edir. Kişilərdə prostat vəzinin böyuməsi əsasən 40 yaşından sora başlayir. 50 yaşından sonra kişilərin yarısından çoxu prostat vəzinin adenoması xəstəliyindən əziyyət çəkir.

Prostat adenomasının əlamətləri

• Tez -tez olan sidik ifrazı;
• Gecə saatlarında yuxu pozulmasına da səbəb olmaqla sidik ifrazı tələbatı; 
• Sidik axınının təzyiqinin zəifləməsi ,zəif, nazik, aralıqla olan sidik axını;
• Ehtiyacın yaranmasından sora dərhal sidiyə getmək zərurəti;
• Sidik kisəsinin tam olaraq boşalmadığı hissi , 5- 10 dəqiqə fasilə ilə iki dəfə dalbadal sidiyə getmə; 
• Sidik ifrazı zamanı gücənmə zərurəti;
• Sidik kisəsinin dolu olması zamanı sidiyin saxlanmaması;
• Sidik ifrazından sora sidiyin damcı ilə ifraz olunması.

Avrasiya klinikasında PROSTAT vəzi xəstəliklərinin hər növ müayinə və müalicəsi həyata keçirilir.