Xəbərlər

Ürəyiniz sağlamdır?

Bütün dünyada ölümün ən yayılmış səbəbi ürək-damar sistemi xəstəlikləri sayılır. Bu xəstəliklərə əsasən yaşı 30-40 yaşından yuxarı olan kişilər və 60 yaşından yuxarı olan qadınlar meyilli olur. Lakin bu o demək deyil ki, ürək xəstəlikləri daha cavan insanlarda inkişaf edə bilməz. Təəssüf ki, bir çox xəstəliklər kimi, ürək xəstəlikləri də getdikcə cavanlaşır. Yalnız nadir ürək xəstəlikləri simptomsuz inkişaf edir. Əksər hallarda ürək fəaliyyətin pozulmaları asta-asta inkişaf edir və bu proses özünü müəyyən simptomlarla büruzə verir.Bu səbəbdən bu simptomları bilmək və onlar meydana çıxdıqda dərhal həkimə müraciət etmək lazımdır. Yadınızda saxlayın! Ürək nahiyəsində ağrılar əmələ gəldikdə, onlara dözmək lazım deyil. Bu təhlükəli ola bilər! Dərhal işinizi dayandırın, oturun və ya daha yaxşı uzanın. İşemik xəstəliyi olan insanlar mütləq özləri ilə nitroqliserin gəzdirməli və ağrılar əmələ gəldikdə dərhal bu dərmanı qəbul etməlidir.

Ürək xəstəliklərin simptomları aşağıdakılardır:

Sinədə ağrılar. Bu ürək xəstəliklərin ən səciyyəvi simptomudur. Ürəkdə normal qan dövranı pozulduqda, ürək əzələsi oksigenin çatışmazlığından əziyyət çəkməyə başlayır və bunun nəticəsində ağrı əmələ gəlir.

Ürək ağrıların xüsusiyyətləri:

 

  • bu ağrılar gərginik (insan qaçdıqda, pilləkənlə qalxdıqda, tez-tez gəzdikdə və s.), həyacan zamanı, arterial təzyiq artdıqda əmələ gəlir;
  • insan oturan və uzanan kimi ağrı tez keçir. Bu kömək etmədikdə, nitroqliserin (nitrosprey, nitromint, nitrokor və s.) qəbul etdikdən bir neçə dəqiqədən sonra ağrı keçir;
  • ağrı ürək nahiyəsində, döş sümüyü arxasında əmələ gəlir, sol kürək nahiyəsinə, çənəyə, sol qola yayılır;
  • ağrı güclü sıxıcı, daha ağır hallarda isə kəskin və yandırıcı olur. Bəzi hallarda ürək ağrısı özünü qeyri-adi aparır-diş, osteoxondroz ağrısına, qastrit tutmasına (mədə nahiyəsində ağrı, qıcqırma), güclü qarın ağısına bənzəyir, ürəkbulanması və qusma ilə müşahidə olunur, insan çox həyacanlı olur, birdən ölümdən qorxmağa başlayır.

 

Aritmiya

Əgər nəbz ritmik deyilsə, ürək səbəbsiz olaraq qəflətən tez-tez (taxikardiya), sonra isə asta-asta (bradikardiya) döyünürsə, bu aritmiyanın əlamətidir. Aritmiya ürək xəstəliklərin əlamətidir. Keyimə hissi.Qollarda (adətən sol qolda), sinədə, aşağı çənədə fiziki gərginlik və ya həyəcan zamanı əmələ gələn keyimə hissi ürək fəaliyyətinin pozulmasının əlaməti ola bilər.

Ödemlər

Ödemlər də ürək xəstəliklərin simptomu ola bilər. Miokardın funksiyası pozulduqda, ürək qanı orqanizm boyu dövr etdirməyi çatdırmır və qanın axma sürəti azalır. Nəticədə mayenin bir hissəsi ümumi qan döranından ətraf toxumalara keçir ki, bu onların həcminin artmasına səbəb olur.