Xəbərlər

Dovşandodaqlıq

Dovşandodaqlıq - üst dodağın anadangəlmə qüsurlu inkişafi nəticəsində yan tərəfdən bitişməyərək yarıq qalmasına deyilir. Dovşan dodaqlıq bəzən qurd ağızlıq ilə birgə müşahidə olunur.
Əməliyyata əks göstəriş olmadıqda adətən körpənin 3 ayından sonra plastik cərrahiyyə əməliyyatı həyata keçirilir. 85-90% əməliyyatlarda uğurlu nəticələr əldə olunur.

Hamiləlik dövründə dovşandodaqlığın yaranmasına səbəb ola biləcək amillər:

• Toksikozlar;
• Güclü stress;
• Alkoqol, narkotik maddələrdən istifadə;
• Siqaret;
• Antibiotiklərin uzunmüddətli qəbulu;
• Radiasiya şüalanması;
• Gec yaşda (35-40 il) hamiləlik.

Sadalanan amillər uşaq üçün əsasən hamiləliyin ilk 2 ayında təhlükə yaradır.

Dovşandodaqlığın xarakterik əlamətləri aşağıdakılardır:
• Üzün deformasiyası;
• Üst (daha çox) və ya alt dodaq nahiyyəsində çat;
• Udma, əmmə proseslərinin pozulması ;
• Dişlərin deformasiyası;
• Nitq funksiyasının (samit səsləri tələffüzündə problemlər, burun səsi) pozulması.

Dovşandodaqlığın diaqnostika və müliacəsini plastik cərrah həyata keçirir. Diaqnostika üçün ümumi baxış keçirmək kifayətdir.