Xəbərlər

KTQ (kardiotokoqrafiya)

KTQ (kardiotokoqrafiya)- antenatal periodda (hamiləliyin 28-30-cu həftəsindən başlayaraq) dölün ürək döyüntülərini, hərəkətlərini və uşağlığın tonusunu, yığılma hərəkətlərini eyni zamanda reqistrasiya edən ən önəmli müayinə metodlarından biridir. Müasir kardiomonitorlar Doppler prinsipi əsasında işləyirlər. Kardiotokoqraf avtomatik olaraq bir dəqiqədə dölun ürək vurğularının sayını hesablayır və qrafik əyrisi olaraq reqistrasiya edir.

KTQ-də normal parametrlərin dəyişməsi aşağıdakı hallarda olur:

1. Dölün hipoksiyası ( oksigen çatışmamazlığı)
2. Dölün anadangəlmə ürək qüsurları
3. Dölün ürək ritminin pozulması
4. Dölün qan azlığı (hemoqlobin və eritrositlərin azalması)
5. Dölün yuxu sikli
6. Ananın bədən temperaturunun yüksəlməsi
7. Qalxanvari vəzi funksiyasının artması
8. Amnionit-dölü əhatə edən qişanın iltihabı
9. Bəzi dərman preparatlarının qəbulu

Dölün ana bətnindəki durumunu adekvat qiymətləndirmək və keyfiyyətli KTQ-qarfikləri əldə etmək üçün ən uyğun həftə 32-ci həftədir, cünki bu həftədən başlayaraq döl aktivlik-sakitlik siklində olmağa başlayır.