Xəbərlər
Vərəm infeksiyasına hər bir insan yoluxa bilər!
Hətta müasir cəmiyyətdə vərəm ən təhlükəli infeksiyalardan biri sayılır.
Vərəm tək ağciyərləri deyil, insanın, demək olar, bütün orqanları zədələyə bilir (sümükləri, oynaqları, limfatik düyünləri, gözləri, dərini, cinsiyyət və sidik ifrazatı orqanlarını, yoğun bağırsağı və s.). Hal hazırda bu xəstəlik uğurla və tam müalicə olunur. Lakin buna baxmayaraq hər il bütün dünyada bu xəstəliyə tutulan və bu xəstəlikdən həlak olan insanların sayı da artır. Vərəm infeksiyasına hər bir insan yoluxa bilər. Məhz bu səbəbdən hər bir insan bu xəstəliyinin erkən simptomlarını və onun profilaktik üsullarını bilməlidir.
Vərəmin ilkin simptomları:
- səbəbsiz və tez-tez baş verən yorğunluq;
- halsızlıq;
- iş qabiliyyətinin kəskin azalması (uşaqlar məktəbdə pis oxumağa başlayır);
- təngnəfəslik;
- iştahanın və çəkinin azalması;
- gecə tərləmələri;
- uzunsürən öskürək (soyuqdəymə, bronxit, pnevmoniya zamanı olan öskürəklə müqayisədə vərəm zamanı öskürək çox uzun çəkir və heç bir müalicəyə baxmayaq keçmir);
- hərarətin səbəbsiz olaraq 37,2-37,8 C-yə qədər qalxması;
- əsəbilik.
Bu simptomların heç olmazsa bir neçəsini müşahidə etdikdə, mütləq həkimə müraciət edin.