Xəbərlər

Qulaqdibi xəstəliyi

Qulaqdibi xəstəliyi və ya parotid – viruslar vasitəsi ilə yayılan kəskin infeksiyalı xəstəlik. Əsasən uşaqlarda və yeniyetmələrdə rast gəlinir. Adından da göründüyü kimi qulaqdibi xəstəliyi qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzlərinin şişməsi nəticəsində yaranan bir virus xəstəliyidir. Bu xəstəliyin virusu orqanizmə daxil olduqdan 10-18 gün sonra xəstəlik ortaya çıxır. Xəstəliyə kişilərdə qadınlara nisbətən daha tez-tez rast gəlinir.

Qulaqdibinin ilkin əlamətləri:

• Halsızlıq və hərarət
• Udqunan zaman qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzlərində ağrı
• Qulaq ətrafı nahiyədə şişlik

İlk yardım:

• Yaranan şişin üzərinə isti kompres qoyulmalı
• Xəstəni digər ailə üzvlərindən ayrı saxlamalı
• Xəstəliyin əlamətləri yox olana qədər yataq şəraitində olmalı

Bir faktı da qeyd etmək vacibdir ki, xəstəliyin kişilərdə sonsuzluğa səbəb olan fəsadlar törətmə qabilliyəti olduğundan mütləq həkimə müraciət etmək vacibdir.