Xəbərlər
Mədə xorası
Mədə xorası sizin özünüzün müalicə edəcəyiniz bir xəstəlik deyil. Antiasid dərmanların qəbulu sizdə ağrını müvəqqəti aradan qaldıra bilər, amma xəstəliyi tam müalicə etməyəcək. Odur ki,sadalanan əlamətlər sizdə olarsa həkimə müraciət etməniz məsləhədir. Xoranın zamanında müalicə olunmaması bir çox ciddi ağırlaşmalara gətirb çıxara bilər.
Əlamətləri:
• Qarında ağrı.
• Bu ağrı Sizi gecələr yuxudan oyada bilər
• Antiasid dərmanların qəbulu və ya süd içməklə ağrılar keçə bilər
• yeməkdən 2-3 saat sonara başlaya bilər
• Ac qalarsınızsa ağrılar daha kəskin ola bilər
• Ürəkbulanma
• Qusma
• Qanlı qusuntu xoradan qanaxmaya dəlalət edir
• Nəcisin qara rəngdə olması xoranın qanamasının digər göstəricisi ola bilər
• Son zamanlar çəkinin azalması
• Ümumi zəiflik
Mədə xorasının ağırlaşmaları:
• Mədə qanaxması
• Mədənin perforasiyası, yəni deşilməsi
• Xoranın maliqnizasiyası, yəni xərçəngə çevrilməsi
• Mədə çıxacağında daralmanın əmələ gəlməsi (Pilorik stenoz)
• Xoranın mədəaltı vəzinin başına penetrasiyası, yəni sirayət etməsi
Müayinələr:
• Sizə ilk olaraq Mədənin endoskopik müayinəsi təklif ediləcəkdir. Bu müayinə üsulu mədə xorasının olub-olmamasını, onun yerləşməsi və ölçüsünü dəqiq müəyyən etməyə imkan verir
• Həkiminiz mədənin Rentgen müayinəsini də təklif edə bilər. Bununla mədə xoranın varlığı və yerləşməsini təyin edilə bilər. Amma Rentgenlə müqayisədə endoskopik müayinə daha dəqiq hesab edilir.
• Helicobacter pylori infeksiyasının olub-olmaması nəfəs, nəcis və endoskopik müayinə zamanı götürülmüş toxumanın histoloji müayinəsi ilə təyin edilə bilər
• Endoskopik müayinə zamanı götürülmüş toxumanın histoloji müayinəsi xərçəngin olub-olmamasını da təyin etməyə imkan verir.