Xəbərlər

Qaraciyər Sirrozu

Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formlaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir.

Qaraciyər kifayət qədər həcmli orqan olub əsas hissəsi sağ tərəfdə olmaqla qarının yuxarı mərtəbəsində yerləşir. Qaraciyər bədəndə olan zərərli maddələrin parçalanması və xaric edilməsi, glycogen adlanan maddənin toplanması və lazim gəldikdə onu glükozaya parçalayaraq bədənin energetik ehtiyaclarının ödənilməsi, qida vasitəsilə daxil olmuş yağ və zülalların həzm edilməsi, qanın laxtalanması üçün vacib olan zülalların sintezi, dərman maddələrinin paçalanması, bağırsaqlarda yağların paçalanması üçün vacib olan ödün yaradılaraq 12 barmaq bağırsağa ötürülməsi kimi vacib funksiyaları həyata keçirir.

Sirroz qaraciyərdə zədələnmə (çapıqlaşma) müəyyən həddə çatana qədər heç bir əlamət olmadan keçir. Sirroz zamanı aşağıdakı əlamətlər qeyd edilə bilər:

  • Yorğunluq, ümumi zəiflik
  • Tez-tez və asan qanaxma halları
  • Bədən səthində asanlıqla yaranan sançırlar
  • Qarında mayenin toplanması
  • İştahasızlıq
  • Ürəkbulanma
  • Ayaqda şişkinlik
  • Çəkinin azalması