Xəbərlər

Göbələk xəstəlikləri

Göbələk xəstəlikləri birinci növbədə dərini və dırnaqları zədələyir. Onlardan ən çox rast gələni pəncə dirnağını zədələyən ... Çox təəsuf ki, biz öz dırnaqlarımıza və dərimizə bizi üzgüçülük hovuzuna buraxmayanda, bizləgöruşəndə əl uzatmayanda fikir verməyə başlayırıq. Nə baş verir?... - özünüzə sual verirsiniz və dərinizə, dırnaqlarınıza baxırsınız, görürsünüz ki, sizin dırnaqlarınız (çox vaxtı ayağınızın baş və çeçələ barmaqları) ciddi dəyişiklilklərə məruz qalıb. Əgər dırnaqlarınızın üzərində uzununa ağımtıl-sarı xəttlər yaranıbsa prosses artıq başlayıb. Lap gec mərhələlərdə dırnağın rənginin, formasının və strukturunun dəyişilməsini müşaidə etmək olar: onların səthi düz olmur, strukturu-yumşaq, rəngi-sarımtıl-boz və dırnaqlar ovxalanmağa başlayır, sonra isə dırnaq lojasından qopur. 

Pəncələrin rəngi dəyişməyə başlayır, onun qabığı soyulur, qirmizimtil rəng alır, ayaq barmqlarının arasında çatlar əmələ gəlir və bu qaşınma, yeriyəndə xoşagəlməz hisslər yaradır. Yaz-yay fəsillərində pəncələrdə dərinin vəziyyəti pisləşir, bir müddətdən sonra isə xırda qovuqlar yaranır, bunlar tədricən iri qovuqlara cevrilirlər. Dərinin bu cür vəziyyəti orqanizmin ümumi vəziyyətinə təsir göstərir: temperaturun yüksəlməsinə, zəifliyə, əzginliyə, qasıq limfa vəzilərinin böyüməsinə səbab olur.