Xəbərlər
Urologiya və Andrologiya
Urologiya – tibbin sidik-ifrazat sistemi və kişi cinsiyyət orqanlarının xəstəlikləri ilə, Andrologiya isə urologiyanın bir qolu olub kişilərdə cinsi sferanın pozğunluqları ilə məşğul olan bir sahəsidir (prostatit, prostat vəzinin adenoması,erektil disfunksiya,kişi sonsuzluğu və s.).
Cinsi inkişafın ləngiməsi, infeksion-iltihabı xəstəliklər, prostat vəzi xəstəlikləri, kişi sonsuzluğu və cinsi disfunksiya, cinsin dəyişdirilməsi və onkoandrologiya, həmçinin kişi sağlamlığının bir sıra digər problemləri ilə androloqlar və uroloqlar məşğul olur. Bu zaman müxtəlif laborator (spermoqramma, immunoloji, sitoloji, hormonal müayinələr, infeksion skrininq) və instrumental (rentgenoloji və USM və.s.) diaqnostika üsulları tətbiq edilir.
Müalicə mövcud olan problemlərin növündən asılı olaraq konservativ və ya cərrahi yolla (o cümlədən, bərpaedici, plastik cərrahiyənin köməyi ilə) aparılır.