Xəbərlər
Qastroenterologiya
Qastroenterologiya-həzm sistemi orqanlarının xəstəliklərinin diaqnostika ve müalicəsi ilə məşğul olan bir bölmədir. Ən son laborator (biokimyəvi,hormonal,bakterioloji və s.) və instrumental (USM,Rentgenoloji ve endoskopik üsulla: ezofaqoskopiya, qastroskopiya ve kolonoskopiya) müayinələrin köməyi ilə həzm sistemi xəstəliklərinin diaqnostikasi ve müalicəsi mümkün olur:
• Qastritlər
• Mədə və onikibarmaq bağırsaq xoraları
• Reflyüks ezofaqit
• Kolit
• Öd kisəsi xəstəlikləri və öd daşı xəstəliyi
• Pankreatitlər
• Qəbizlik
• Hepatitlər(A,B,C)
• Qida borusu yırtığı
Endoskopiya – xüsusi optik alətlər – endoskoplar vasitəsilə boşluqlu orqanları vizual olaraq müayinə etməyə imkan verən bir metoddur.