Xəbərlər

Göz müayinəsi

Gözlərimiz 5 duyğu orqanımız arasında bizə dünyanın bütün gözəlliklərini göstərən, ətraf aləmdəki informasiyaların 80%-ni bizə çatdıran ilk və ən vacib orqanımızdır. Göz orbita yuvasında yerləşən,çəkisi 7qr olan yarımkürəşəkilli orqandır. Gözlərimizi mütəmadi olaraq müayinə etdirmək sağlam və xoşbəxt yaşamaq üçün son dərəcədə vacibdir. Gözlə bağlı hər hansı bir problem olmasa belə ola biləcək risklərin əvvəlcədən aşkarlanması üçün ildə 1 dəfə göz müayinəsindən keçmək məsləhətdir. Uşaqlarda bu müddət 6 aydır və hətta həkim məsləhəti olarsa bu müddət daha da tezləşə bilər

Göz müayinəsinin mərhələləri:

• Xarici baxışla göz qapaqlarının (şişkinlik,alt və üst göz qapaq aralığı, gözün qapama funksiyası) vəziyyəti müayinə edilir. Daha sonra həkim əlində tutduğu obyekti xəstənin başını hərəkət etdirmədən izləməsi ilə sağa, sola ,yuxarı və aşağı hərəkət etdirərək göz hərəkətlərinin vəziyyəti müəyyənləşdirilir.

• Görmə itiliyinin yoxlanılması : bu getdikcə kiçilən rəqəm,hərf və ya digər testlərlə aparılır. 

• Gözlərimizdə miop, hipermetrop və ya astiqmatizim kimi refraksiyon qüsurlar səbəbiylə detallı görməmə eynək ehtiyacını yaradır, bunun üçün otorefrakrometr cihazı ilə xəstənin gözündəki refraksion qüsur ölçülür və eynək nömrəsi aşkarlanır.

• Göz təzyiqinin ölçülməsi: Avtomatik tonometrlə gözə hava üfürərək ölçülür, şübhəli vəziyyətlərdə applonasiya tonometiri və digər üsullardan istifadə edilir.

• Biomikroskopla müayinə: gözün ön və arxa seqmentinin muayinəsi aparılır.Göz qapaqları,kirpiklər,konyunktiva,buynuz qişa,sklera,qüzehli qişa,göz bəbəyi,billür,şüşəvari cisim qat-qat boyüdülmüş vəziyyətdə müayinə edilir.

• Göz dibinin müayinəsi: Biomikroskop və əlavə olaraq xüsusi linzalarla gözün arxa seqmentinin müayinəsindən ibarətdir. Bu zaman göz bəbəyi damlalarla genişləndirilir və görmə mərkəzi, göz dibinin damarları, görmə siniri diskinin vəziyyəti qiymətləndirilir.