Xəbərlər
Ürək-damar xəstəliklərinə qarşı qidalanma
Ürək-damar xəstəliklərinin qarşısını almaq istəyirsinizsə bu məhsulları öz rasionunuza daxil edin:
1. Zeytun - təzyiqi, xolesterol miqdarını aşağı salmağa, soyuqlamanı aradan qaldırmağa, trombların əmələ gəlməsinin qarşısını almağa kömək edir.
2. Yaşıl meyvə və tərəvəzlər - qan təzyiqini tənzimləyir, tərkibindəki vitamin və mineral birləşmələri isə diabetdən mühafizə edir, şah damarların divarlarını qoruyur.
3. Soya - tərkibində vitaminlər, protein, minerallar olduğundan sizi infarktdan və insultdan qoruyur. Çərəz doymamış yağlarla, zülal, E vitamini, kalium, maqneziumla zəngindir.
4. Qızıl balıq, tuna, skumbriya da trombların yaranmasına imkan vermir.
5. Dənli bitkilər - insultun əlamətlərindən xilas edir, qan şəkəri ilə mübarizə aparır. Nəticədə damarlar öz vəzifəsini daha yaxşı yerinə yetirir və orqanizmdə iltihablaşma olmur.