Xəbərlər
Ürək sağlamlığı üçün ən xeyirli məhsullar:
Qaraciyər-tərkibindəki koenzim Q10 ürək əzələləri ilə yanaşı, bütün bədən əzələlərinin işi üçün xeyirlidir. Yaşlaşdıqca orqanizmdə koenzim Q10-un hasilatı aşağı düşür. Bu səbəbdən də onu qidadan əldə etmək lazımdır.
Alma – İşemiya və digər ürək-damar xəstəliklərinin profilaktikası üçün vacibdir. Eyni zamanda, alma trombların yaranmasının qarşısını alır və qanda “zərərli” xolesterini azaldır.
Acı şokolad – qanda artetial təzyiqi və xolesterin həddini aşağı salır, ürək-damar sisteminin fəaliyyətini möhkəmləndirir.
Yulaf – ürək-damar xəstəliklərinin yaranma riskini aşağı salır. Tərkibindəki falvonoid və kalium urək əzələsini qidalandırır.
Giləmeyvələr – Nar qanda xolesterin miqdarını aşağı salır, aterosklerozun yaranmasının qarşısını alır, qanı duruldur. Ümumiyyətlə, bütün giləmeyvələr qocalma prosesini ləngidir. Qarağat qanyaradıcı prosesi yaxşılaşdırır, ürək fəaliyyətini tənzimləyir. Moruq ürək arteriyalarını möhkəmləndiri və qan laxtalanmasını normaya salır.
Pomidor – ürək ritmini yaxşılaşdırır, hipertoniya və işemiyanın qarşısını almağa kömək edir. Əsəb sistemində problemi olan insanlara daha çox pomidor qəbul etmək məsləhət görülür.
Balıq – yüksək təzyiqi aradan götürür. Balıq qan laxtalanmasını tənzimləyir və miokard infarktı riskini aşağı salır. Qızılbalıq, tuna, skumbriya, sardina qan laxtalanması prosesini ləngidir.
Qoz – qanda “xeyirli” xolesterinin miqadarını artırır, “zərərli” xolesterini isə azaldır. Ürək damar sisteminin işini yaxşılaşdırır.