Xəbərlər
Plastik, Rekonstruktiv və Estetik cərrahiyyə
Plastik, Rekonstruktiv və Estetik cərrahiyyə uzmanı Orhan Babuccunun qarın gərmə əməliyyatı sizi qarın nahiyənizlə bağlı bütün komplekslərinizdən azad edəcək.
Hamiləlik zamanı həddindən artıq kökəlmə, hərəkətsiz həyat tərzi kimi səbəblərdən qarın əzələləri boşalır və bu bölgədə yağ yığılır, nəticədə qarının aşağı sallanması ilə xarakterizə olunan qarın eybəcərliyi meydana gəlir. Bu mərhələdən sonra ən yaxşı müalicə abdominoplastik əməliyyatdır.
Abdominoplastika, qarın bölgəsindəki dəri və yağ toxumasının alınmasını, qarın divarı əzələlərinin təmiri ilə əvvəlki durumuna çatmasını təmin edən bir əməliyyatdır. Abdominoplastika Liposaksiya ilə kombinə edildikidə isə nəticələr daha mükəmməl olur.