Xəbərlər
Lipoma
Lipoma-piy toxumasından inkişaf edən xoşxassəli şişdir.Əksər hallarda 30-50 yaşarında qadınlarda inkişaf edir.Şiş birləşdirici toxumadan ibarətdir və dilimli quruluşa malikdir,bu onun üzərindəki dərinin dartılması ilə asan təstiq olunur.
Lipomalar dərinin müxtəlif yerlərində yerləşir:üzdə,beldə,çiyinlərdə,ombalarda; adətən onlar dəridə,dərialtı piy qatında əmələ gəlir,daha nadir hallarda peritonarxası,böyrəkətrafı piy qatında,süd vəzində,ağ ciyərdə yaranır.Səthi(dərialtı) şiş kəskin sərhədləşmiş,yumşaq konsistensiyaya malik,hərəkətli,ağrısızdır.Orta hesabla onun ölçüləri diametrdə 1-4 sm təşkil edir.Bəziləri 5-10 sm-ə çata bilər və bu kosmetik qüsurlar yaradır.İntramural(əzələdaxili) lipoma aydın sərhədlərin olmaması ilə fərqlənir.Bəzən şişin ölçüsü insanın çəkisindən asılıdır:bədənin çəkisi artdıqda şişin ölçüləri də böyüyür,lakin çox vaxt onun böyüməsi nəzarətsiz,insandan asılı olmadan baş verir.
Çoxlu miqdarda əmələgəlmələrin yaranması halları da olur,bu zaman onlar simmetrik yerləşir.
Lipomanın diaqnostikası kliniki görüntü əsasında aparılır,palpasiyanın köməyi ilə asan hərəkətli və tamami ilə ağrısız əmələgəlmə aşkarlanır.Əlavə olaraq ultrasəs müayinəsi(peritonarxası,böyrəkətrafı piy qatlarında,süd vəzində,ağ ciyərdə yerləşən və palpasiya oluna bilməyən şişlər zamanı),punksiya ilə alınmış şiş toxumalarının müayinəsi də aparıla bilər.
Müalicəsi:Lipomanın müalicəsi yalnız cərrahi üsulla aparılır.Əgər şiş daimi böyüyürsə,orqanların normal işləməsinə mane olursa,kosmetik qüsur yaradırsa,o,aradan götürülməlidir.Konservativ cərrahiyə lipomanın və onun qişasının dəridəki kəsikdən xaric olunmasını təklif edir.
Müasir üsullar lipomanın endoskopun köməyi ilə(cihaz şişə yaxın yerdə dəri altına yeridilir,şişi sağlam toxumalardan ayırır və xaric edir), liposaksiya ilə(xirda boru bilavasitə şişin içinə yeridilir və piyi sorur,bu üsulun çatışmamazlığı- şişin qişasının xaric olumasının mümkünsüzlüyüdür) gotürülməsidir.