Xəbərlər

Ürək-damar sistemi xəstəliklərinin diaqnozu

Avrasiya klinikasında Ürək-damar sistemi xəstəliklərinin diaqnozu anamnez, xəstənin həkim tərəfindən müayinə olunması və laborator instrumental müayinə üsullarının köməyi ilə qoyulur. Müasir qeyri-invaziv (toxuma bütövlüyü pozulmadan və hər hansı bir infeksiyaya yoluxma riski olmadan) üsullar, eləcə də rentgenoloji və radioizotop müayinə üsulları, maqnit-rezonans tomoqrafiyası, exokardioqrafiya və ənənəvi elektrokardioqrafiya çox informativdir. Bəzən xüsusi göstərişlər olarsa invaziv manipulyasiyalar – damarların və ürək boşluqlarının katoterizasiyası, angiokardioqrafiya yerinə yetirilir.