Xəbərlər
Ortopediya və travmatalogiya
Travmatologiya və Ortopediya, son illərdə texnoloji və elmi inkişaf nəticəsində bəlkə də ən sürətli irəliləyən, dəyişən, hətta əhatəsini genişləndirən tibbi sahədir. Avrasiya Klinikasının Ortopediya və Travmatologiya bölümü, dayaq-hərəkət sistemi xəstəliklərinin diaqnostikası və müalicəsində ən müasir tibbi avadanlıqlarla xidmətinizdədir.
Ortopediya və travmatalogiya əzələ-skelet sisteminin bütün qazanılmış, böyüməyə və ya travmalarla əlaqədar xəstəlikləri tanımaq, bu problemlerin həllini tapmaq, mualicə etmək və xəstələrin səhhətinə qovuşmasını təmin etmək üçün lazım olan bütün tətbiqatların ümumi adıdır. Ortopediya və travmatalogiya insan vücudunun çiyin, qollar, əl, onurğa, bud- çanaq oynağı, diz, ayaq və başqa bölgələrini mualicə edir və aşağıdaki sahələri təşkil edir;
1. Uşaq Ortopediyası
2. Artroplastika
3. Artroskopik cərrahiyyə
4. Diz oynaqı və canaqda endoprotezin yerləşdirilməsi, Meniskin yırtığının ləğvi
5. Onurğa xəstəlikləri (Disk yırtığı)
6. Çiyin, əl və bilək xəstəlikləri,
7. Bud-çanaq oynağı xəstəlikləri,
8. Ayaq və ayaq topuğunun xəstəlikləri
9. Mikrocərrahiyyə və əl cərrahiyyəsi
10. Sümük kövrəlməsi (Osteoporoz)