Xəbərlər
Radiologiya şöbəsi
Radiologiya şöbəsində əsas məqsədimiz yüksək keyfiyyətdə radioloji görüntüləmə xidməti verərək pasientlərə ən doğru diaqnozun qoyulmasına yardımçı olmaqdır. Yüksək ixtisaslı həkim və texniki personalımız yüksək keyfiyyətdə xidmət göstərməkdədir.
Radiologiya şöbəsində olan cihazlar:
MRT 1,5 Tesla (Philips Achieva) – Maqnit Rezonans Tomoqrafiya – maqnit sahəsindən istifadə olunaraq xəstə və sağlam toxumalar arasındakı fərqi kompyuter vasitəsilə qeydə alınır. Bu müayinə tam radiasiyasız (şüasız) olub sağlamlığa zərərsizdir. Uşaqlar və hamilə qadınlar da müayinə oluna bilər.
Klinikamızda klanstrofobiyalı (qapalı mühit qorxusu) xəstələr, psixo-nevroloji xəstələr və uşaqlar anesteziya altında MR müayinəsindən keçə bilər.