Xəbərlər
Dermatologiya
Dermatologiya-kliniki təbabətin,dərinin strukturunu və funksiyalarını normada və patologiyada öyrənən, həmçinin dəri xəstəliklərinin müalicəsi və profilaktikası ilə məşğul olan sahəsidir.
Dəri xəstəlikləri çox yayılıb, həkimə müraciətlərin 10% onlarla bağlıdır. Kütləvi araşdırmalar onların daha da çox yayılmasını göstərir. Əhalinin 20%-dən çoxu dermatozlardan əziyyət çəkir, lakin müalicəyə ehtiyacı olan xəstələrdən 10%-dən azı həkimə müraciət edir.
Dəri əlamətləri bir çox daxili xəstəliklərdə olur. Bəzi dəri xəstəlikləri isə, əksinə, başqa orqanların zədələnməsi ilə əlaqədar deyil, lakin adi həyat tərzi aparmağa, idmanla məşğul olmağa imkan vermir, ünsiyyət dairəsini məhtudlaşdırır, bəzən də işləmək imkanından məhrum edir.
Dermatoloji xəstələr şikayətlənirlər:
- qaşınmadan
- göynəmədən (yandırmadan);
- ağrıdan;
- iynələmədən (xırda sancılardan);
- dəridə müxtəlif səpkilərin yaranmasından.
Dəri xəstəliklərini yaradan səbəblər çoxdur.Bunlar həm də müxtəlif virus və infeksiyalar, həmçinin daxili orqanların xəstəlikləri ola bilər. Yüksək ixtisaslı həkim- dermatoloqlar sizin probleminizin həllinə kömək edəcək, zəruri müayinələr və rasional müalicə təyin edəcək. Dəri xəstəliklərinin terapiyasında hər pasientə fərdi yanaşma, anamnezin dəqiq yığılması, əmək və gündəlik həyatın bütün xüsusiyyətlərinin nəzərə alınması, xəstənin psixi xüsusiyyətləri vacib əhəmiyyət kəsb edir. Bu cür həkim strategiyası optimaldır və təkcə dermatoloji aspektdə diaqnostik alqoritmin qorunmasına deyil, həm də çox vaxt başqa yanaşı gedən xəstəlikləri, latent fazada, yəni xəstəliyin dönməz xarakter aldığı məqamdan çox əvvəl aşkar etməyə imkan verir.
Dermatoloji patologiyanın müalicəsi medikamentoz, yerli, fizioterapevtik, ümumi bərkidici, müasir üsulların aktiv cəlb olunması ilə təyin olunur.