Xəbərlər
Varikoselektomiya əməliyyatları
Avrasiya Klinikada varikoselektomiya əməliyyatları mikroskopik üsulla, yüksək ixtisaslı urolq-androloqlar tərəfindən icra olunur.
Kişi sonsuzluğunun ən çox yayılmış səbəblərindən biri varikosele (xaya venalarının genişlənməsi) xəstəliyidir. Varikosele spermatozoidlərin sayıni və hərəkətlilik faizini azalmasına səbəb olur.
Səbəbləri:
- Varikosele damar divarının anadangəlmə zəifliyi (genetik) ilə əlaqədar yarana bilər.
- Bundan başqa uzun müddət ayaq üstə durma, vertikal yük qaldırma damar genəlməsinə səbəb ola bilər.
Varikoselin əlamətləri:
- Xayalardan ayağa doğru gedən ağrılar, xaya damarlarının gözlə görünən şişkinləşməsi
Varikoselenin yaratdığı problemlər:
- Kişilərdə spermatozoidlərə ciddi zərər vuraraq sonsuzluğa səbəb olur. Bəzən şiddətli ağrılar da müşahidə olunur.
Diaqnozun qoyulması:
- Həkim uroloq, androloq və ya ümumi cərrah əllə yoxlayaraq varikoseleni müəyyən edir. əlavə olaraq xayaların ultrasəs müayinəsi, doppleroqrafiyası aparıla bilər.
Müalicə:
- Varikosele cərrahi yolla müalicə olunur, əməliyyatdan sonra spermaqramma göstəriciləri normallaşır. Mikrocərrahi üsulla olunan varikosele əməliyyatı az travmatik və ən uğurlu nəticələr verən əməliyyatdır. Belə əməliyyatlardan 3-4 ay sonra spermaqramma göstəricilərinin normallaşması gözlənilir.