Xəbərlər
Qastroenterologiya
Qastroenterologiya - Klinik təbabətin həzm traktı (qida borusu, mədə, bağırsaq, mədəaltı vəzi və s.) orqanlarının əsasən qeyri-infeksion mənşəli xəstəliklərinin yaranma mexanizmləri, formaları və müalicəsi ilə məşğul olan bölməsidir. Müasir laborator (biokimyəvi, bakterioloji, hormonal və s.) və instrumental (USM. Rentgenoloji və endoskopik üsulla: ezofaqoskopiya, qastroskopiya, kolonoskopiya, laporoskopiya, rektoskopiya və s.) müayinələrin köməyi ilə həzm traktı xəstəliklərinin erkən diaqnostikası və effektiv müalicəsi mümkün olur.