Xəbərlər
Qastroenterologiya
Qastroenterologiya – tibbin mədə-bağırsaq siteminin xəstəliklərinin (qida borusu, mədə, on iki barmaq bağırsaq, qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi, nazik və yoğun bağırsaq) diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahəsidir.
Klinikamızda mədə-bağırsaq sisteminin bütün xəstəlikləri təcrübəli həkim qastroenteroloq və hepatoloqlar tərəfindən müayinə və müalicə olunur:
Qida borusu, mədə və 12 barmaq bağırsaq xəstəlikləri:
• Ezofagit
• Reflyuks ezofagit
• Xroniki qastrit
• Duodenit
• Mədə və 12 barmaq bağırsağın xora xəstəliyi
• Mədə və 12 barmaq bağırsağın eroziyası
• Qastroezofagial reflyuks
• Diafraqmanın qida borusu dəliyinin yırtığı xəstəliyi
Qaraciyər xəstəlikləri:
• Qaraciyərin piy hepatozu
• Qaraciyər sirrozu
• Müxtəlif etiologiyalı hepatit xəstəliyi (virus hepatitləri,alkoqol hepatiti və s )
Öd kisəsi və öd yolları xəstəlikləri:
• Öd daşı xəstəliyi
• Daşsız xolesistit
• Öd yollarının diskineziyaları
Mədəaltı vəzi xəstəlikləri:
• Müxtəlif etiologiyalı pankreatitlər
Bağırsaq xəstəlikləri:
• Enterit
• Xroniki kolit
• Disbakterioz
• Qəbizlik, bağırsaq diskineziyaları, meteorizm