Xəbərlər
Endoskopiya
Endoskopiya – xüsusi optik alətlər – endoskoplar vasitəsilə boşluqlu orqanları vizual olaraq müayinə etməyə imkan verən bir metoddur.
Müasir endoskopik müayinənin üstün cəhətləri:
• Yüksək keyfiyyətli dəqiq təsvir (bir neçə dəfə böyüdülmüş). Bu daxili orqanların selikli qişasında ən xırda dəyişikliyi belə aşkar etməyə və xəstəliyə erkən mərhələdə diaqnoz qoymağa imkan verir.
• Lazım gələrsə morfoloji müayinə üçün biopsiya materialının götürülməsi.
• Bir sıra müalicəvi manipulyasiya və əməliyyatların həyata keçirlməsi. (xoledoxdakı daşların litotripsiyası, mədə-bağırsaq traktı poliplərinin aradan qaldırılması, yad cisimlərin çıxarılması və s.)
• Müayinənin videoyazıya alınması.
Endoskopiya şöbəsində aparılan müayinə və müalicə proseduralar:
• Fibroezofaqoskopiya
• Fibroezofaqoqastroduodenoskopiya
• Fibrorektosiqmoskopiya
• Sol tərəfli fibrokolonoskopiya
• Total fibrokolonoskopiya
• Yuxarı tənəffüs yollarının endoskopiyası (burun-udlaq, qırtlaq-udlaq, ağız-udlaq, qırtlaq)
• Fibrobronxoskopiya
• PH-metriya