Xəbərlər
Müasir dermatovenerologiya
Müasir dermatovenerologiya – terapiya elminin geniş sahəsidir və özündə çoxlu müxtəlif istiqamətləri birləşdirir:
Dermatologiya dərinin, onun törəmələrinin (saç, dırnaq, piy və tər vəziləri) və selikli qişaların (ağız boşluğu və cinsi orqanların) patologiyaları ilə məşğul olur; mikologiya dərinin və selikli qişaların dermatomikozları, onixomikozları, kandidozları da daxil olan göbələk xəstəlikləri ilə məşğul olur; venerologiya zöhrəvi xəstəliklərlə (sifilis, qonoreya, trixomoniaz və s.) və əsasən cinsi əlaqə ilə keçən və çox vaxt dəridə və selikli qişalarda yaranan infeksiyalar (xlamidioz, mikoplazmozlar, genital herpes, bakterial vaginoz, genital ziyil və s.) ilə məşğul olur.